Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 22:32
Bakı. Trend:
İran Tehranda səhvən vurulan "Boeing 737" təyyarəsinin qara qutularını Ukraynaya göndərəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İranın Mülki Aviasiya Təşkilatının qəzalar üzrə idarəsinin baş direktoru Həsən Rzayifər deyib.
H.Rzayifər bildirib: "Biz ukraynalı mütəxəssislərlə yenidən məsləhətləşmələr apardıq və təsdiq etdik ki, qara qutuları İranda oxunması mümkün olmayacaq. Ukraynanın istəklərinə əsasən, qara qutular bu ölkəyə göndəriləcək".
Onun sözlərinə görə, Ukraynada qara qutuları Fransa, Kanada və ABŞ mütəxəssislərinin köməyi ilə oxumağa çalışacaqlar: "Bu cəhd uğursuz olarsa, qara qutular Fransaya göndəriləcək".
Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı yanvrın 11-i bəyanat verərək təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin