Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı Vəli Qədimovun yubileyi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı Vəli Qədimovun yubileyi keçiriləcək

Tarix: 19 Yanvar 2020 02:50

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə yanvarın 23-də Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun xatirəsinə və 80 illik yubileyinə həsr olunmuş gecə təşkil ediləcək.

Trend-in məlumatına əsasən, gecədə klarnet ustasının həyat və yaradıcılığından bəhs olunacaq.

Vəli Qədimov görkəmli sənətkar Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətə başlayıb. Az vaxt ərzində istedadı ilə ustad sənətkarların diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub.

Mahir klarnet ifaçısı uzun illər SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun “Qızıl fond”unda qorunur.


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı Vəli Qədimovun yubileyi keçiriləcək


RƏYLƏR