Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Liviyaya silah embarqosu tətbiq edildi - Berlin konfransı

Liviyaya silah embarqosu tətbiq edildi - Berlin konfransı

Tarix: 19 Yanvar 2020 23:38

"Liviya münaqişəsinə dair toplantı məhsuldar keçdi. Liviyada sabitliyin bərpası üçün geniş planın tətbiq olunması barədə razılığa gəldik".

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Berlində keçirilən Liviya münaqişəsinin yekunlarına dair açıqlamasında belə deyib. O bildirib ki, bütün tərəflər məsələnin həlli üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Merkel qeyd edib ki, Liviyaya BMT-nin nəzarəti altında silah embarqosu tətbiq edilib.

"Silah embarqosuna və atəşkəsin davam etdirilməsinə tərəflər əməl etməlidir. Yalnız bu halda Liviyada sabitliyi bərpa etmək mümkün olacaq" - deyə Merkel bildirib.


Etiketlər:  Liviyaya silah embarqosu tətbiq edildi Berlin konfransı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ