Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 13:24
Bakı. Samir Əli - Trend:
Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb.
Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəıetmə Birliyindən (TƏBİB) məlumat veriblər.
Məlumatda bildirilir ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili çağırışa gedərkən Hacı Zeynalabdin Tağıyev qəsəbəsində minik avtomobili ilə toqquşub. Hadisə yerinə gələn digər təcili yardım avtomobili də vurulub və nəticədə əraziyə 3-cü briqada cəlb edilib.
Hadisə nəticəsində təcili tibbi yardım briqadasının 7 əməkdaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin