Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan təmsilçisi ''Avroviziya-2019'' beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib (FOTO/VİDEO)

Azərbaycan təmsilçisi ''Avroviziya-2019'' beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib (FOTO/VİDEO)

Tarix: 17 May 2019 01:32

Bakı. Trend:

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Trend-in məlumatına görə, beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib.

Azərbaycandan başqa finala Şimali Makedoniya, Niderland, Albaniya, İsveç Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta yüksəliblər.

Qeyd edək ki, final mayın 18 keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan təmsilçisi Avroviziya 2019 beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib FOTOVİDEO


RƏYLƏR