Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 14:52
Bakı. Trend:
ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib.
Trend-in məlumatına görə, paylaşımda deyilir:
"Bu gün 30 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı, telefon və radio xətləri kəsildi. Azərbaycan dünyadan təcrid edildi və 26 minlik sovet qoşunu Kremlin göstərişi ilə Bakıya daxil oldu. SSRİ öz varlığını qorumaq üçün bu cür tədbirlərə əl atdı və nəticədə rəsmi hesablamalara görə 800 nəfər vətəndaş yaralandı və 147 nəfər həlak oldu".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin