Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın aeroportu fəaliyyətini dayandırdı

İranın aeroportu fəaliyyətini dayandırdı

Tarix: 20 Yanvar 2020 20:04

Bakı. Elnur Bağışov - Trend:

Qar yağması və görmə üfüqünün azalması ilə İran paytaxtı Tehran şəhərində Mehrabad beynəlxalq hava limanında uçuşlar dayandırılıb.

Bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib. Bu barədə Trend təşkilatın informasiya portalına istinadən məlumat verib.

R.Cəfərzadənin sözlərinə görə, aeroportda uçuşların bərpa olunması ilə əlaqədar məlumat veriləcək.

Cəfərzadə bildirib ki, İmam Xomeyni beynəlxalq aeroportunda uçuşlar həyata keçirilməkdədir.

Qeyd edək ki, İranın bir sıra vilayətində qar yağması səbəbi ilə aeroportlarda uçuşlar ya dayandırılıb ya da gecikmə ilə həyata keçirilir.


Etiketlər:  İranın aeroportu fəaliyyətini dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ