Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər - Nazirlik

Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər - Nazirlik

Tarix: 20 Yanvar 2020 21:50

Türkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, hazırda bir istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir.

Qeyd olunub ki, bütün bunlarla yanaşı, Türkiyə Azərbaycanla elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək. İki qardaş dövlətin texnoparkları arasında əməkdaşıq da daha aktiv şəkildə həyata keçiriləcək.

"Elmi-tədqiqat və texnoparklar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi əlaqələrin genişlənməsi ilə yanaşı, təcrübə mübadiləsi üçün də önəmlidir", - deyə nazirlikdən bildiriblər.

Məlumata əsasən, 2020 və 2022-ci illər çərçivəsində texnoparklar arasında təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlər təşkil olunacaq.


Etiketlər:  Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər Nazirlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ