Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Ukrayna təyyarəsinin iki raketlə vurulduğunu bildirib

İran Ukrayna təyyarəsinin iki raketlə vurulduğunu bildirib

Tarix: 21 Yanvar 2020 06:00

Bakı. Trend:

"Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin Boeing 737 təyyarəsi Tor-M1 zenit-raket kompleksindən atılan iki qısa mənzilli "yer-hava" raketi ilə vurulub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi ikinci ilkin istintaq hesabatına istinadən bildirib.

Agentliyin məlumatına əsasən, raketlər Ukrayna aviaşirkətinə məxsus təyyarəyə şimal istiqamətindən atılıb. "Bloomberg" İranın ikinci ilkin istintaqının nəticələri ilə bağlı digər məlumat vermir.

Qeyd edək ki, yanvarın 8-i İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İran Ukrayna təyyarəsinin raketlə vurulduğunu bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ