Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycanda axtarışda olan narkotacir saxlanılıb

Tarix: 21 Yanvar 2020 12:33

Bakı. Trend:

Axtarışda olan Ağcabədi sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə daxil olan məlumata əsasən, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Məmmədov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisindəki evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda axtarışda olan narkotacir saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ