Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 16:32
Bakı. Trend:
Avstraliyada Sidney hava limanı yaxınlığında güclü yanğın başlayıb.
Trend-in məlumatına görə, yanğın “Qantas” aviaşirkətinin terminalının yanındakı anbarda baş verib.
Hadisənin qarşısının alınması üçün 70 nəfərdən ibarət 18 yanğınsönürmə briqadası cəlb olunub.
Yanğının bir sıra uçuşların ləngiməsinə səbəb olacağı deyilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin