Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzahir Pənahov: Elə namizədlər var ki, qəsdən sənədlərini düzgün təqdim etmirlər

Məzahir Pənahov: Elə namizədlər var ki, qəsdən sənədlərini düzgün təqdim etmirlər

Tarix: 21 Yanvar 2020 16:58

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində elə namizədlər var, çalışır ki, biz onları qeydə ala bilməyək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bu addım nəyəsə xidmət edir: “Mərkəzi Seçki Komissiyası namizədi qeydə almamaqda maraqlı deyil. Biz çalışırıq ki, mümkün qədər məsələləri namizədlərin xeyrinə həll edək. Ancaq qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Görünür, bununla onlar hansısa məqsədlərə xidmət edirlər”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məzahir Pənahov Elə namizədlər qəsdən sənədlərini düzgün təqdim etmirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ