Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

Tarix: 21 Yanvar 2020 18:22

Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə ilk dəfə işə qəbul olunanların 5 il müddətində sertifikatlaşdırılması aparılmayacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından sözügedən qaydalara dəyişiklik edilib.

Milli.Az


Etiketlər:  Müəllimlərin işə qəbulunda yenilik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ