Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

36 min maaş alan nazir pulsuzluqdan şikayətləndi - FOTO

36 min maaş alan nazir pulsuzluqdan şikayətləndi -  FOTO

Tarix: 21 Yanvar 2020 19:26

Ukraynanın Elm və Təhsil naziri Anna Novosad əməkhaqqısı az olduğuna görə uşaq dünyaya gətirə bilmədiyindən şikayətlənib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 29 yaşlı Novosad jurnalistlərə bildirib ki, onun öz mənzil və xidməti avtomobili var, aldığı 36 min qrivna (2516 AZN) miqdarındakı maaş isə normal bir həyat sürmək üçün bəs edir.

Məmurun sözlərinə görə, belə bir maaşla nə uşaq saxlaya, nə də təqaüdə çıxmaq üçün qənaət edə bilər. O, Təhsil Nazirliyində işlədiyi müddətdə nazir maaşından daha çox qazandığını etiraf edib.

Nazirin şikayətləri Ukraynanın sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Ona xatırladılıb ki, ölkədə orta əmək haqqı Novosadın maaşından üç dəfə azdır.

Rəylərdə xəstəxanalarda baş həkimlərin, eləcə də məktəb direktorlarının 15 min qrivnaya (1048 AZN) yaxın əməkhaqqı almalarına baxmayaraq, dolandıqları qeyd olunub.

Ukrayna Mənzil Birliyinin rəhbəri Aleksandr Skubçenko Novosadı tənqid edərək milyonlar əldə etmək istəyirsə, biznes qurmağı məsləhət görüb.

Xatırladaq ki, A. Novosad ötən il avqustun 29-da Elm və Təhsil naziri təyin edilib.


Etiketlər:  maaş alan nazir pulsuzluqdan şikayətləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ