Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarədə sərnişin öldü, təcili eniş etdi

Təyyarədə sərnişin öldü, təcili eniş etdi

Tarix: 21 Yanvar 2020 20:40

Rusiyanın Moskva şəhərindən havaya qalxan təyyarə təcili eniş edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Moskvadan Cənubi Saxalinə gedən təyyarədə sərnişin özünü pis hiss edib.

Bununla əlaqədar olaraq, təyyarə təcili Kazan hava limanına enmək məcburiyyətində qalıb.

Ürək tutması baş verən sərnişinə göyərtədə yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Tatarıstan Səhiyyə İdarəsindən hadisə yerinə gedən tibbi yardım işçilərinin ölüm faktını qeyd etdikləri bildirilir.

Bundan sonra təyyarə Kazan hava limanından Cənubi Saxalinə uçuşu davam etdirib.


Etiketlər:  Təyyarədə sərnişin öldü təcili eniş etdi


RƏYLƏR