Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"də yeni məşqçi - Rəsmi

Tarix: 22 Yanvar 2020 11:16

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, 2013-2015-ci illərdə "Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe” "B” (2015-2016) və Çinin "Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.

 


Etiketlər:  Neftçidə yeni məşqçi Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ