Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu Anlaşma Memorandumu imzaladı

Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu Anlaşma Memorandumu imzaladı

Tarix: 22 Yanvar 2020 13:24

Bakı. İlhamə İsabalayeva - Trend:

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.

Trend-in məlumatına görə, Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.

Sənəd “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan tədbirdə imzalanıb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Niderland Mərkəzi Statistika Bürosu bu gün ən qabaqcıl statistika qurumlarından biridir:

"Niderlandla Anlaşma Memorandumu çərçivəsində statistik metodologiyaların, təsnifatlaların tətbiqi ilə bağlı bizim mütəxəssislərin bu ölkəyə səfəri, oranın təcrübəsinin öyrənilməsi, ekspertlərinin Azərbaycana gəlişi ilə bizdə statistikanın müxtəlif sahələrinin təkmilləşdirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulur".

Qeyd edək ki, “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsi Dövlət Statistika Komitəsinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi iki Tvinniq layihəsindən sonra 3-cu layihədir. Ölkəmizin statistika sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olmuş bu layihə çərçivəsində tərəfdaş ölkə mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilib, Dövlət Statistika Komitəsinin əməkdaşları Niderland, Litva, Bolqarıstan, Portuqaliya və Rumıniyaya ezam olunaraq statistik təsnifatların tətbiqi, istehsalçı qiymət indeksləri, statistik keyfiyyətin idarə edilməsi sistemi və s. sahələrdə beynəlxalq təcrübəni öyrəniblər.


Etiketlər:  Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu Anlaşma Memorandumu imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ