Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı

Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı

Tarix: 22 Yanvar 2020 16:24

Bakı. Trend:

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə yanvarın 18-də Türkan qəsəbə sakini N.Məmmədovun “Forland” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məluymata əsasən, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “Daewoo” markalı avtomobilin hərəkətdə olması aşkar edilib.

Qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hadıyev Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı


RƏYLƏR