Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 16:52
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə İsrail milli komandasının təlim-məşq toplanışı keçirilir. Toplanışda həm böyük, həm də gənc gimnastlar iştirak edir.
Sonxeber.net xəbər verir ki, komandanın məşqçisi Ayelet Zussman Trend-ə bildirib ki, onların Milli Gimnastika Arenasında məşq etmək və yarışmaq çox xoşlarına gəlir:
"Çünki burada başqa heç yerdə görmədiyimiz ən yaxşı şərait yaradılıb. İsrail komandasının təlim-məşq toplanışı bir həftə davam edəcək, sonra biz Dünya kubokunda iştirak etmək üçün yenidən buraya qayıdacağıq. Bakıda məşq etməkdən xoşumuz gəlir, burada həmişə gözəl, ailəvi mühit hökm sürür. Burada yarışlar yüksək səviyyədə keçirilir. Göstərilən kömək və dəstəyə görə Azərbaycan komandasına və xüsusilə də Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilevaya dərindən təşəkkür edirik".