Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 18:04
"Rusiyanın LUKOYL şirkəti Xəzər dənizində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə layihələr planlaşdırır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu LUKOYL-un rəhbəri Vahid Ələkbərov deyib.
O bildirib ki, hazırda bəzi layihələr müzakirə olunur:
"Bu, "Naxçıvan" bloku və Abşeronun şimalındakı keçid zonasıdır. Geoloqlarımız hesab edir ki, bu sahələr perspektivlidir. Hazırda biz SOCAR-la tədqiqat üzrə danışıqlar aparırıq. Böyük ehtimalla saziş Davos iqtisadi forumu çərçivəsində imzalanacaq".