Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 20:46
Bakı. Trend:
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.
Trend-in məlumatına görə, seçki dairəsinin əhatə etdiyi məhəllələrdə, mənzillərdə seçiciləri ilə görüşən Naqif Həmzəyev onları maraqlandıran suallara cavab verib, qaldırılan problemlərinin həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini bildirib.
V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə ona səs vermiş seçicilərinin etimadını doğrultmağa çalışdığını qeyd edən Naqif Həmzəyev seçiciləri fəal olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.
Seçiçilər də öz növbəsində fevralın 9-nu səbrsizliklə gözlədiklərini, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurların davamlı olması üçün Yeni Azərbaycan Partiyasının təmsilçilərinə səs verəcəklərini bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin