Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniya parlamenti Brexit qanun layihəsini təsdiqləyib

Böyük Britaniya parlamenti Brexit qanun layihəsini təsdiqləyib

Tarix: 23 Yanvar 2020 01:56

Bakı. Trend:

Baş nazir Boris Jonsonun hökuməti tərəfindən hazırlanan Brexit haqqında qanun layihəsi Böyük Britaniya Parlamentinin hər iki palatası tərəfindən təsdiqlənıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News" telekanalı bildirib.

Yanvarın 23-də İcmalar Palatası perlər tərəfindən təklif olunan bütün düzəlişləri rədd etdikdən sonra Lordlar Palatası sənədi təsdiqləmək məcburiyyətində qalıb.

İndi qanunun qüvvəyə minməsi üçün Əlahəzrət Kraliça II Elizavetanın rəsmi razılığını almalıdır. Böyük Britaniya Avropa İttifaqından yanvarın 31-də çıxmalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Böyük Britaniya parlamenti Brexit qanun layihəsini təsdiqləyib


RƏYLƏR