Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

Tarix: 23 Yanvar 2020 07:26

Türkiyənin Manisa vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Akhisar rayonunda qeydə alınıb.

Onun ardınca, Kırkağac rayonunda 4,4 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar yerli vaxtla saat 22:25-də qeydə alınıb. Daha sonra saat 22:34-də 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Təxminən 6.98 kilometr dərinlikdə baş verən zəlzələ İzmir, Manisa, Aydın əyalətlərində, həmçinin Yalova və Bursada da hiss edilib.

Türkiyə Daxili İşlər Nazirliyi məlumat verib ki, hazırda zəlzələ nəticəsində ölən və xəsarət alan yoxdur


Etiketlər:  Türkiyədə gücündə zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ