Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 07:52
"Google Play" internet mağazasında "WhatsApp" messencerinin yüklənmə sayı 5 milyardı ötüb.
Bu, ilk olaraq "Android Police" nəşrinin diqqətini çəkib. Məlumata görə, bundan əvvəl yalnız "Facebook" sosial şəbəkəsinin kliyenti bu uğura imza atmışdı.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu messencerin bir çox ölkələrdə ən vacib ünsiyyət vasitəsi olduğunu nəzərə alsaq, 5 milyard dəfə yüklənmənin real olduğu mümkündür.
Son məlumatlara görə, "WhatsApp" proqramının aylıq auditoriyası 1,5 milyardı ötür.