Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO)

Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO)

Tarix: 23 Yanvar 2020 09:32

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu daha məhsuldar olan yeni buğda, arpa və noxud sortları yaradıb.

Bu barədə Trend-ə institutdan məlumat verilib.

Bildirilib ki, bununla bağlı "Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının toplanması, in situ/on-farm və ex situ şəraitdə mühafizəsi, tədqiqi, özək və əlamət kolleksiyaların yaradılması və seleksiyada istifadəsi" mövzusunda tədqiqat aparılıb.

Tədqiqat nəticəsində bərk buğdanın “Maya”, yumşaq buğdanın “Start”, çoxcərgəli arpanın “Cəmil”, noxudun “Cəmilə”, inək noxudunun “Ayla” sortları yaradılıb. Əvvəlkilərdən daha məhsuldar olan bu sortlar Azərbaycanın müxtəlif regionlarında becərilmək üçün rayonlaşdırılıb.

Artıq yeni sortlara Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən patent verilib.

Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO) Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO) Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO) Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO) Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO) Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO)


Etiketlər:  Azərbaycanda yeni buğda arpa noxud sortları yaradılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ