Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 11:08
Bakı. Samir Əli - Trend:
Azərbaycanda qaçqın statusu alan 83 nəfər əcnəbi var.
Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Xidmət rəisi qeyd edib ki, həmçinin Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş mandat əsasında yaşayan şəxslər də var.
"Onların sayı hazırda 2 min 101 nəfərdir. Azərrbaycanda qaçqın statusu alan müxtəlif ölkə vətəndaşları olsa da, Əfqanıstan vətəndaşları çoxluq təşkil edir. Qaçqınlar arasında İran, Suriya, Rusiya və Misir vətəndaşları da var", - deyə V.Hüseynov bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin