Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 13:18
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Sonxeber.net xəbər verir ki, Ağdam təmsilçisi İspaniya la Liqasında mübarizə aparan "Leqanes" klubuna məxsus hücumçu Ovusu Kvabenanı transfer edib.
22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.
Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.