Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO)

BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO)

Tarix: 23 Yanvar 2020 15:30

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara ictimai baxış keçirilib.

Trend-in məlumatına əsasən, BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri,Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri ilə əvvəlcə müzakirələr aparan rektor Elçin Babayev mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələblərinin nəzərə alındığını, bütün texniki-təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini, imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığını, xoşagəlməz halların minimuma endirildiyini, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını və fakültə dekanları, kafedra müdirlərinin qarşısında konkret vəzifələr qoyulduğunu bildirib.

İmtahanların bir qayda olaraq yazılı formada, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və test formasında keçirildiyini vurğulayan rektor E.Babayev tələbələrin imtahanlarla bağlı yaranan istənilən müraciətlərinə İmtahan Qərargahı tərəfindən operativ qaydada baxıldığını bildirib.

Sonra proses iştirakçıları sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən imtahan Qərargahının fəaliyyəti ilə də tanış olublar. Qərargahın sədri, professor Elşad Qurbanov bildirib ki, Qərargah imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mümkün münaqişələri və neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə yaradılıb. “Qaynar xətt”, elektron poçt və Universitetin bütün tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutular vasitəsilə daxil olan məlumatların təhlili əsasında müvafiq tədbirlər həyata keçirilir. Qərargah, eyni zamanda, Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətindən daxil olan hər bir şikayətin operativ surətdə araşdırılmasını və nəticəsi barədə Təhsil Nazirliyinə məlumatların verilməsini təmin edir. Eyni zamanda apelyasiya şikayətlərinin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır, lazım olduqda isə ekspert və mütəxəssislər cəlb edirlər.

İştirakçılara məlumat verilib ki, hər gün imtahanlar başlamamışdan öncə müəllim-koordinatorların bölgüsü aparılır və onlar müvafiq auditoriyalara təhkim edilirlər. İmtahanlar başa çatdıqdan sonra rektorluğun qərarı və yerdəyişmə qaydası gözlənilməklə yazı işlərinin yoxlanılması üçün ayrılmış auditoriyalara təhkim edilmiş rəhbər koordinatorlar orada müəllim-koordinatorlar tərəfindən gətirlimiş imtahan yazı işlərinin qəbulunu həyata keçirirlər. Koordinatorların gətirdiyi imtahan yazı vərəqələri yoxlanıldıqdan sonra qəbul edilir və hər bir qrup üzrə tələbə sayı, imtahana gəlməyən və buraxılmayan tələbələrlə bağlı qeydlər aparılır. Əvvəlcə yazı işləri müvafiq olaraq kodlaşdırılır, sonra tələbənin şəxsi məlumatları olan hissə kəsilərək ayrılır. Təxminən saat 14:00-da kodlaşma bitir və işlər fakültələr üzrə yoxlamanı aparacaq müəllimlərə təqdim edilir. Hər bir sual yoxlayan müəllim tərəfindən əsaslandırılmaqla 0-10 bal arasında qiymətləndirilir. Yoxlama başa çatdıqdan sonra cavab vərəqələri ilə kəsilmiş hissə müvafiq kod ardıcıllığı ilə uyğunlaşdırılır, tələbənin balı ümumi bal vərəqinə yazılaraq yekun qiymət çıxarılır.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar imtahan keçirilən auditoriyalarda olub və imtahanların gedişini izləyiblər. Eyni zamanda, monitorinq otağında auditoriyalara kameralar vasitəsilə baxış keçirilməsi prosesi ilə də tanış olublar. Onlar görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir ediblər.

Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı daxildir.

İmtahan prosesində, eyni zamanda, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, Report İnformasiya Agentiliyinin baş redaktoru Murad Əliyev, Məktəbguşəsi.az saytının baş redaktoru Məzahir Məmmədli, o cümlədən təhsil eksperti Kamran Əsədov da iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO) BDU-da imtahanlara ictimai baxış keçirilib (FOTO)


Etiketlər:  imtahanlara ictimai baxış keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ