Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Denis Silva Azərbaycanı tərk edir

Denis Silva Azərbaycanı tərk edir

Tarix: 17 May 2019 15:00

Mövsümün sonunda "Keşlə"dən ayrılan Denis Silva vətəni Braziliyaya qayıdacaq.

Bu barədə Qol.az-a futbolçunun xanımı Luana Rinaldi məlumat verib. O bildirib ki, iyunun 15-ni, yəni məktəblərdə dərs ilinin başa çatmasını gözləyirlər:

"Qızımız Bakıdakı məktəblərin birində oxuyur. Dərslərin bitməsini gözləyirik. Yəqin ki, Braziliyaya qayıdacağıq. Çünki Denisin bəzi təklifləri var".

Qeyd edək ki, 10 ildir ölkəmizdə çıxış edən D. Silva "Keşlə" ilə yanaşı, "Xəzər Lənkəran" və "Neftçi"nin də formasını geyinib.
 


Etiketlər:  Denis Silva Azərbaycanı tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ