Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib

Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib

Tarix: 23 Yanvar 2020 18:21

Seçki Məcəlləsinə azı 10 gün qalmış bülletenlər hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

MSK sədri həmçinin çıxışında siyasi partiyalara da xəbərdarlıq edib.O qeyd edib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb: "Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o, şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq. Bu barədə növbəti iclasımıza qədər partiyalar bizə məlumat verməlidir".


Etiketlər:  Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ