Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zakir Qaralovla görüşmək istəyənlərin NƏZƏRİNƏ

Zakir Qaralovla görüşmək istəyənlərin NƏZƏRİNƏ

Tarix: 23 Yanvar 2020 19:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il yanvarın 31-də saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Sonxeber.net xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Etiketlər:  Zakir Qaralovla görüşmək istəyənlərin NƏZƏRİNƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ