Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 15:00
Bakı. Eldar Canaşvili - Trend:
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının əsas məqsədi iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlıq və dostluq münasibətlərinin inkişafıdır.
Trend-in məlumatına görə, bunu Palatanın direktoru Zibər Hüseynova Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının işgüzar görüşü zamanı deyib.
O qeyd edib ki, palatanın məlumatlandırıcı və maarifləndirici rolu həm buraya daxil olan şirkətlər, həm də geniş biznes ictimaiyyətinə təsir göstərir.
Direktor əlavə edib ki, palata tərəfindən hər ay aktual məsələlərə yönələn rəsmi tədbirlər təşkil olunur və bu tədbirlərdə palatanın üzv şirkətlərinə biznesin öz platforması vasitəsilə inkişafında kömək göstərilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin