Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 22:42
Boliviya müvəqqəti hökumətinin Xarici İşlər naziri Yerko Nunyes Kuba ilə diplomatik əlaqələrin kəsildiyini bəyan edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Kubanın Boliviyaya düşmən mövqe nümayiş etdirməsi göstərilib.
Nunyesin sözlərinə görə, diplomatik əlaqələr Kuba XİN rəhbəri Bruno Rodriqes Parilyanın Boliviya əleyhinə son açıqlamaları, Kubanın daimi düşmənçilik mövqeyi və Boliviya konstitusiya hökumətinə davamlı təhqirləri səbəbindən kəsilib.