Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 22:50
İranın yanvarın 8-də ABŞ-ın İraqdakı hərbi bazasına 15 raket zərbəsi nəticəsində 34 amerikalı əsgər yaralanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı günlər sonra Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman açıqlayıb. Onun sözlərinə göeə, 8 hərbçi hazırda ABŞ-da, 9-u isə Almaniyada xəstəxanadadır. Digər hərbçilər isə müalicədən sonra İraqdakı hərbi hissələrinə qayıdıblar.
Xatırladaq ki, daha əvvəl Prezident Donald Tramp açıqlaması zamanı raket zərbələri nəticəsində heç bir əsgərin yaralanmadığını bildirmişdi.