Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 08:08
Bakı. Trend:
163373 nömrəli diametri 440 metrdən 990 metrə qədər asteroid fevralda Yerə yaxın məsafədən keçəcək.
Trend-in məlumatına görə, bu barədə NASA xəbər yayıb.
Asteroid fevralın 15-də Yerə ən yaxın məsafəyə yaxınlaşacaq ki, bu da planetimizdən Aya qədərkindən 15 dəfə uzaq məsafədir.
163373 nömrəli asteroid 23 oktyabr 1995-ci ildə keşf edilib. O, uçuş traektoriyaları Yerin orbitindən keçdikləri üçün potensial təhlükəli sayılan "Apollonlar" qrupuna aiddir.
Bildirilir ki, planetimizə yaxın növbəti belə tipli asteroidin uçuşu 2075-ci ildə gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin