Tarix: 17 May 2019 18:32
"Səbail" Enrike Perilyo və İmanol İriberridən sonra daha bir futbolçu ilə yollarını ayırıb.Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Tome Kitanovski ilə də vidalaşıb. Makedoniyalı müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, "Səbail" Kitanovskini ötən ilin yayında Xorvatiyanın "Slaven" (Belupa) klubundan transfer etmişdi.