Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 09:50
Elazığın Sivrice rayonunda baş verən 6,8 ballıq zəlzələdən sonra professor Naci Görürün 4 ay öncə təbii fəlakətlə bağlı verdiyi proqnozlar gündəm olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2019-cu ilin oktyabrında "CNN Türk" telekanalının qonağı olarkən həmin bölgədə zəlzələ təhlükəsinin olduğunu bildirmişdi.
Şərqi Anadoluda uzun müddət zəlzələ olmadığını xatırladan mütəxəssis riskli bölgələr arasında ötən gün zəlzənin baş verdiyi Elazığın Sivrice rayonunun da adını çəkmişdi.
Qeyd edək ki, son rəsmi məlumata görə, zəlzələ nəticəsində 19 nəfər ölüb, 772 nəfər yaralanıb.