Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspan məşqçidən “Qarabağ”a Ovusu ilə bağlı – Gözlənilməz xəbərdarlıq

İspan məşqçidən “Qarabağ”a Ovusu ilə bağlı – Gözlənilməz xəbərdarlıq

Tarix: 25 Yanvar 2020 12:10

“Qarabağ” Ovusunun timsalında onu nə gözlədiyini bilmir”

İspaniyanın “Kordoba” klubunun baş məşqçisi Raul Aqn qanalı hücumçu Ovusu Kvabenanın bu komandan tərk edərək “Qarabağ”a keçidini şərh edib.

Qol.az “Diario De Cordoba” nəşrinə istinadən xəbər verir ki, o, futbolçudan narazılığını ifadə edib.

 “Ovusu artıq komandamızı tərk edib. O, bizim klubda olmaq istəmədi. Mənə də elə bir futbolçu lazım deyil. Hətta dedi ki, “bir komanda var, daha yüksək pul verir və bu, mənə hər şeydən vacibdir. Bu şansı qaçırmaq istəmirəm”. Ona Azərbaycanda uğurlar arzulayıram. Amma “Qarabağ” Ovusunun timsalında onu nə gözlədiyini bilmir”.

Xatıradaq ki, Ağdam klubu bu həftə Kvabena ilə 3,5 illik müqavilə bağlayıb.

 


Etiketlər:  İspan məşqçidən Qarabağa Ovusu ilə bağlı Gözlənilməz xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ