Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 19:32
UEFA "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinoya bir oyunluq şərti cəza tətbiq edib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun Çempionlar Liqasının yarımfinalında "Ayaks"la ilk matça (0:1) gecikməsi səbəb olub. Bu hal qarşıdakı bir il ərzində təkrarlansa, şərti cəza qüvvəyə minəcək. Beləliklə, argentinalı mütəxəssis ÇL-in finalında "Liverpul"la görüşü buraxmayacaq.
Poçettinonun hərəkətinə görə klub isə 10 min avro məbləğində cərimələnib.