Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 14:42
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Özbəkistan Respublikasının hökumət üzvlərinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.
Sonxeber.net virtualaz-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, Abdulla Aripov ölkənin Baş Naziri təsdiq edilib.
Bildirilir ki, Açilbay Ramatov Baş Nazirin birinci müavini, Camşid Kuçkarov Baş Nazirin müavini, maliyyə naziri, Əziz Abduxakimov Baş Nazirin müavini, Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri, Elmira Basitxanova Baş Nazirin müavini, Qadınlar Komitəsinin sədri təyin olunublar.
Əsas nazirliklərin isə rəhbərlərinin dəyişmədiyi bildirilir. Belə ki, XİN-nə Əbdüləziz Kamilov, Müdafiə Nazirliyinə Bahodır Qurbanov, DİN-nə isə Pulat Bobojonov rəhbərlik edəcəklər.