Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 16:46
"Mançester Yunayted" azarkeşləri rəhbərliyə etiraz etməyə hazırlaşır.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, azarkeşlər fevralın 1-də "Vulverhempton"a qarşı keçiriləcək oyunda kütləvi şəkildə stadionu tərk edəcəklər.
Mançester təmsilçisinin 58 il sonra evdə "Bernli"yə (0:2) uduzması azarkeşlərin səbrini tükədib. Onlar artıq klub rəhbərliyini ciddi şəkildə tənqid edirlər. Buna görə də tərəfdarlar sözügedən oyunun 58-ci dəqiqəsində rəhbərliyə etiraz olaraq stadionu tərk edəcəklər.
Qeyd edək ki, "qırmızı şeytanlar" hazırda turnir cədvəlində 5-ci pillədədir.