Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 21:28
Bakı. Trend:
Türkiyədə baş verən güclü zəlzələdən sonra xilasedicilər daha iki qadını dağıntılar altından çıxara biliblər.
Trend-in məlumatına görə, Elazığ vilayətində Əzizə adlı qadın dağıntılar altından çıxarılıb. O zəlzələdən 17 saat sonra xilas edilib.
Milli Tibbi Axtarış Qrupunun (UMKE) üzvü onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb və müvafiq tapşırıqlarını verib.
Zəlzələdən 19 saat sonra vilayətdə 65 yaşlı Aişə Yıldız da xilas edilb.
Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.
Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.
Ölənlər arasında azərbaycanlı yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin