Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 21:32
"Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
"Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.
Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.