Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyalı idmançı: Çox şadam ki, Azərbaycandan olan tamaşaçılar bizi dəstəkləyir

Çexiyalı idmançı: Çox şadam ki, Azərbaycandan olan tamaşaçılar bizi dəstəkləyir

Tarix: 17 May 2019 22:56

Bakı. Cani Babayeva - Trend:

Çexiyadan olan Alina Çamzina Bakıda bədii gimnastika üzrə Avropa Çempionatında tamaşaçıların hərarətli azarkeşliyinə şad olduğunu bildirib.

Çexiyalı idmançı Trend-ə deyib: "Bakıda Milli Gimnastika Arenası mənim çox xoşuma gəlir, burada yaxşı şərait yardılıb, məşq etmək çox rahatdır. Həmçinin Azərbaycandan olan tamaşaçıların bizi dəstəkləməsi çox sevindirir".

Yarışlardakı çıxışına gəlincə, idmançı qeyd edib ki, bütün gücünü toplamalı və hazır olmalıdır: "Sabahkı görüş üçün özümü toplamalıyam. Hər şeyi məşqlərdə hazırlaşdığım kimi etməyə çalışacağam, ən əsası gərgin olmamağa çalışmalıyam".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çexiyalı idmançı Çox şadam Azərbaycandan olan tamaşaçılar bizi dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ