Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 11:00
Prodüser Tarix Əliyev (Tolik) bir neçə gün əvvəl müğənni Elton Hüseynəliyevlə işbirliyinə son qoyması ilə bağlı açıqlama etmişdi.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Elton Hüseynəliyev sosial şəbəkədə paylaşım edərək birlikdə çalışdıqlarını bəyan edib:
"Mediada bizim Toliklə işimizə son verməyimiz haqda yazılanlar doğrudur??? Yox, doğru deyil!!! Çünki buna səbəb Tolikin öz səhifəsində etdiyi paylaşım oldu. Tolik mənim kimi emosional və çox səbirsizdir. Xəbər tutmadan öncə Nazənin Salayeva mənə zəng etdi. Pis olmuşdu, hətta ağlayırdı. Mən əvvəl bilmədim nə baş verir, sonra deyəndə ki, "Tolik paylaşım edib, ded "qurban olum, ona zəng et. Siz yaxın dostsunuz. Həm də siz yaxın dostsunuz. Düşmənləri sevindirməyin". Mən Tolikə zəng vurdum. Bundan əvvəl isə çox şeylər olmuşdu. Nə olur-olsun kəsdiyin duz-çörəyə hörmət etməlisən. Həm də 7 il elə-belə dildə deyiləcək rəqəm deyil. Bir igidin ömrüdür. Yorğun, əsəbi, gərgin, yaxşı günlərimiz olub. Bir sözlə, mən Tolikdən razı olmuşam. Çünki onun xətrini çox istəyirəm və bu günə kimi mənim bir sözümü yerə salmayıb. Mən nə demişəm baş üstə deyib. Mənim həssas olduğum bir çox məqamlarda sən həmişə məni və ailəmi qəlbən istədiyini sübut etmisən! Düzdür səndən narazı olduğum vaxtlar da olub. Səbəbi də belə söz-söhbətlərdə özündən çıxıb, hirslənib qərar verməyindir. Tolik biz dostuq artıq. Mən razı olmayana qədər sən heç yerə gedə bilmərsən! Dedim ona, "sənin istefa ərizən qəbul olunmur"!!! Çünki sənin aparıcılıq etməyini mən dəstəkləyirəm. Sənin mənim işlərimə yetərincə vaxt ayıra bilməməyin məni narahat etmir! Bəhanə axtarma. Həm də, belə məsələləri əsəbiləşib qərar vermirlər! Sakitləş və səhifəndən sil o yazdıqlarını. Sən yenə öz işindəsən. Məni dinlədi... Sağ ol ki, sözümü yerə salmadın".