Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 11:22
"Tottenhem"in baş məşqçisi komandada icarə əsasında çıxış edən futbolçusu Covani lo Çelsonun oyununu dəyərləndirib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis. 23 yaşlı yarımmüdafiəçinin London təmsilçisində davamlı olaraq qalmasını istədiyini bildirib: "Məncə, o oğlan öz işi ilə bu qərara layiqdir, ona görə də "Tottenhem"də qalacaq. Mən gələndən bəri çox irəliləyib, inkişaf edib. Lo Çelsonun oyunu klubunu onu geri qaytarmaq seçimini etməyə məcbur etdi".
Qeyd edək ki, C.L.Çelso müqavilə ilə "Betis"ə məxsusdur.