Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 11:56
Liviya paytaxtında Mitiqa aeroportu yenidən atəşə tutulub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən aeroportun atəşə tutulması nəticəsində 1 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.
Mitiqa aeroportu Triplini dünya ilə əlaqəsini təmin edən yeganə aeroportdur. Aeroportun atəşə tutulması ilə əlaqədar sərnişin təyyarələrindən biri marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya böhranı ilə əlaqədar keçirilən beynəlxalq konfransda qəbul edilən Bəyannamədə münaqişə tərəfləri - Milli Razılıq Hökuməti və Xəlifə Haftar atəşkəsə çağırılıb. Eyni zamanda ölkədə vahid hökumətin yaradılması, dövlətçiliyin bərpası üçün islahatların aparılması vacib hesab edilib. Ancaq buna baxmayaraq, Xəlifə Haftar 2019-cu il dekabrın 12-dən Tripoliyə başlatdığı hücumları davam etdirir.