Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanada və ABŞ polad və alüminium tədarükü ilə bağlı rüsumları ləğv edib

Kanada və ABŞ  polad və alüminium tədarükü ilə bağlı rüsumları ləğv edib

Tarix: 18 May 2019 00:00

Bakı. Trend:

Kanada və ABŞ polad və alüminium tədarükü ilə bağlı rüsumların 48 saat ərzində ləğv edilməsinə dair razılıq əldə ediblər.

Trend-in məlumatına görə, bu barədə tərəflərin birgə bəyanatında deyilir. Həmçinin Kanadanın ABŞ-ın bəzi məhsullarına cavab tarifləri ləğv edilib.

Məlumata əsasən, ABŞ və Kanada bu bəyannamənin verildiyi gündən iki gün gec olmayaraq, 232-ci maddəyə əsasən, Birləşmiş Ştatlar tərəfindən polad və alüminiuma tətbiq edilən bütün tarifləri və Kanada tərəfindən buna cavab olaraq tətbiq edilən bütün tarifləri ləğv etməyə razılıq verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kanada ABŞ polad alüminium tədarükü ilə bağlı rüsumları ləğv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ