Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 21:51
Mağazadan alınan su qabları boşalandan sonra onlara yenidən su doldurub istifadə edənlər çoxdur. Lakin mütəxəssislər qəti şəkildə bunu etməyi məsləhət görmürlər.
Sonxeber.net e-tibb.az-a istinadən xəbər verir ki, elmi araşdırmalara görə, plastik qablardan təkrar istifadə norovirus kimi bir çox təhlükəli bakteriya və infeksiyaların inkişafı üçün əlverişli zəmin yaradır. Bəzi insanlar plastik su qablarını yumaqla mikrobların təmizləndiyini düşünürlər. Amma belə deyil. Kanadalı alimlər bununla bağlı apardıqları arşdırma zamanı müəyyən ediblər ki, bakteriyalar hər istifadə zamanı daha da çoxalır.
Müayinə üçün xeyli sayda plastik su qabı götürülüb, məktəblilər həmin qablardan istifadə ediblər. Nəticələr təəccüblü olub: həmin qabların yarıdan çoxu istifadə üçün uyğun olmayıb. Onlarda olan bakteriyaların sayının normadan xeyli yüksək olduğu qeyd edilib.
Bunun səbəbi, qabın otaq temperaturunda uzun müddət qalması göstərilib. Çünki istidə mikroblar daha da çoxalır. Başqa bir sınaqda, bir həftə ərzində təkrar istifadə olunan plastik su qablarının qapaqları götürülüb. Nəticədə nümunələrin hər birində bakteriya aşkarlanıb.
Qeyd olunub ki, bu qablardan su içmək zəhərlənmə kimi simptomlara və bəzi hallarda həzmin pozulmasına və qusmaya da səbəb ola bilir.
Plastik su qablarının yuyucu vasitələrlə yuyulması bir müddət mikrobların inkişafına mane ola bilər, ancaq qabın içini tamamilə təmizləmək çox problemlidir, çünki bəzi bakteriyalar elə orada qalır.
Bundan əlavə, tez-tez yumaq, xüsusən isti suda bunu etmək kimyəvi elementlərin təsirini daha da ağırlaşdıracaq.
Mütəxəssislərin fikrincə, yalnız şüşə və metal qablar təkrarən istifadə edilə bilər.