Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 03:30
Ayaq ağrıları istər oturaq iş rejimində çalışan insanları, istərsə də aktiv həyat tərzi sürən insanları demək olar ki, eyni dərəcədə narahat edir.
Sonxeber.net ayaq ağrılarını sakitləşdirən təbii üsulla tanış edir.
Ləyənə 2-3 litr isti su töküb 72 faiz sabunla həll edin. Suyun süd kimi bəyaz olması üçün bir ovuc soda və dəniz duzunu suya əlavə edib həll olunana qədər qarışdırın. Yenidən isti su və 10 damcı yod əlavə etməklə qarışdırın. Ayağınızı bu suda 15 dəqiqə saxlayın. Çox saxlasanız, əks təsir ola bilər.
15 dəqiqə ərzində ağrılar sovrulacaq. Ayaqları dəsmalla silib krem və ya tibbi məlhəmlə masaj edin. Sonra yun corablar geyinib yatın. 10 prosedurdan sonra ayaqların ağrısı və qıcolması dayanacaq.
Lakin varikoz problemi olanlar diqqətli olmalıdır. (publika.az)